İslamda  var olduğu iddia edilən, amma sərt şəkildə pozulan gender bərabərliyi.

İslam patriarxat quruluşun davamı kimi.

 

Pis bir şey edə biləcəklərindən qorxduğunuz qadınlara əvvəlcə nəshiət verin sonra onları yataqlarında tək buraxın, bunun da faydası olmasa onları döyün (Nisa surəsi, 34-cü ayə)

 

Qadınlar sizin tarlanızdır, tarlanıza ürəyiniz istədiyi kimi daxil olun. (Bəqərə surəsi, 223-cü ayə)

 

Kişilərdən iki nəfər şahidiniz olsun. Əgər iki kişi olmasa, onda razılıq verəcəyiniz bir kişi ilə (biri səhv etsə o birisi onun yadına salsın deyə) iki qadın şahidiniz olsun. (Bəqərə 282)

 

Allah sizə uşaqlarınızla əlaqədər olaraq kişilərə qadınlardan iki dəfə çox miraz verməyinizi əmr edir. (Nisa 11-ci ayə)

 

Bir çox dindarlar islamın dünyəvi, hüquq, haqq din olduğunu söyləyirlər, hətta qadınlara azadlıq, bərabər hüquqluluq verildiyini iddia edirlər. Qadın kişi bərabərliyi var olan dində yuxarıdakı ayələrin, sürələrin varlığı necə ola bilir eyni anda?

Bir çox surələr, ayələr  və hədislər qadınların hüquqsuzluğunu sərt şillə kimi cəmiyyətin üzünə vurur, amma din hipnozuna məruz qalmış insanlarımız hələ də dərin ekstaz vəziyyətində yaşamağa davam edirlər. Daha bir qadın hüquqsuzluğu və alçaldılması özünü çadra və hicabda biruzə verir. Belə ki, kişilər azad, sərbəst həyatlarına davam edərkən, qadınlar hətta ən yüksək istilər də (hələ bu tropik ölkədirsə, daha sərt isti olur) çadraya, hicaba bürünürlər.Qadının hər hansı bir bədən hissəsindən şəhvətlənən kişinin günahını,  qadın ağır istilərə, narahatçılığa  baxmayaraq cəza olaraq çadraya, hicaba bürünərək ödəyir.  Bu nə dərəcədə məntiqli bir hərəkətdir. Təsəvvür edin, siz bilmədən qapını açıq qoyursunuz  və kimsə sizin evinizə girərək oğurluq edir. Polis gəlir və sizə belə deyir : “günahkar sizsiniz, sizi həbs etməliyik, çünki siz qapını açıq qoymusunuz və filankəs də bu üzdən oğurluq edib, yaxud etməyə məcbur olub”. Siz həmən polisə hansı reaksiyanı verərdiniz?  Hər halda siz onun bir dəli olduğunu, yaxud sadəcə yuxuda olduğunuzu və gördüklərinizin də bu səbəbdən  şüur-xarici olduğunu düşünərdiniz. Amma biz bu hadisəni başqa formada əsrlərdir yaşamaqdayıq və heç bir etiraz etməkdə,heç bir  şüur-xarici  durum sezməməkdəyik.  “Cənnət anaların ayaqları altındadır” – deyildiyi iddia edilir Məhəmməd tərəfindən. Belə olduğu halda , cənnətdən üstün,  ali varlıq olan qadını niyə şəhvətləndirici, heyvani-instinkləri (din də bu instiklərə şeytani ehtiras hissləri də deyilir) oyadıcı bir varlıq qəbul etdiklərindən hicaba, çadraya bürüyürlər? Cənnətdən üstün və yaxud cənnətin dəyərlərinə, aliliyinə, paklığına bərabər olan qadın şeytani-instinkləri  necə olur oyadır, oyadırsa o, necə cənnətdən üstün olur? Dində bu cür paradokslar çoxdur. Paradoksların bir nəsnədə olan çoxluğu isə həmən nəsnənin doğruluq payını da eyni ölçüdə şübhə altına alır. Ziddiyətlər yalanın kölgəsidir.

Bir kişinin 4 və maddi şəraiti mümkün qılırsa daha çox qadınla evlənmək (arvad almaq da demək olar ki, hansı ki , arvad sözü övrət sözündən gəlir, övrət sözü isə bir çox cinsi əzaların ümumi adıdır ki, bu adın qadına verilməsindən nə dərəcə də islam cəmiyyətində qadına hörmət qoyulduğu anlaşılır) hüququ vardır. Niyə kişilər 4 qadınla evlənə bilər ? Bunu  qadınların yaşayışlarında olan  maddi ehtiyyaclarını  ödəməklə əlaqələndirənlər var. Gəlin bunu analiz edək.

Qadının niyə ehtiyyacı olmalıdır kişidən asılılığa, onun(kişinin) 4 qadınından biri olmağına? Bu özü artıq islam cəmiyyətin də qadın hüquqsuzluğunun, hüquqlarının, sosial həyatının diskriminasiyasını göstərir. Əgər ki, qadın kişi bərabərdirsə sosial həyat şərtləri də bərabər nisbətdə bölünməlidir.  Bundan başqa qadınları maddi həyatlarını təmin etmək üçün evlənmək iddiası ikinci böyük yanlışlığı, əxlaqsızlığı  ondan ibarətdir ki,  qadına maddi varlıq kimi baxmaqdır nəticə. Qadın duyğusuz, eqosuz, şəxsi  arzu, istəkləri olmayan, robotlaşdırılmış, kuklalaşdırılmış ruhsuz maddi varlıqdır yuxarıdakı tezisə görə.  İslam cəmiyyətinə görə qadının sosial həyat bölgüsü (buna sosial həyat demək olarsa) yalnız ev işləri ilə məşğul olmaq, uşaqlarına baxmaq və ərinin cinsi( əksər müsəlman ailələrində qadının heç  cinsi istək, ehtiyyacları da nəzərə alınmır. Kişi isə öz ehtiyyaclarını fahişələrlə, məşuqələrlə ödəyir)  və digər ehtiyyaclarını ödəməkdir.

İkinci  və sonrakı qadınlarla evlənmək də bəzi din alimləri deyir ki, birinci qadın razılıq verməlidir, nikah bağlanarkən olan razılığa görə. Amma bəzi  din alimləri də birinci qadının raızlıq verməsinin önəminin olmadığını, kişi ixtiyar (maddi durum yaxşısa) sahibirsə iki, üç, dörd qadınla evlənə biləcəyini deyir..

Birincisi, heç bir normal psxioloji  durumda olan qadın ərinə iki və digər sayda qadınlarla evlənməyə razılıq verməz. Çünki bu insan təbiətinə, eqo mahiyyətinə tərs mütənasibdir.

İkincisi qadın razılığı önəmsizsə,  belə olduğu halda bu hansı qadın kişi bərabərliyindən, ədalətindən  xəbər verir? Qadının fikrinin, duyğularının önəmsənməməsi onun alçaldılmasıdır ki, buda patriarxat bir quruluşun qalıqlarıdır, varlığıdır. İstər patriarxat, istərsə də matriarxat quruluşları gender bərabərliyinə, ədalət prinsipinə zidd quruluşlardır.z8