Keçən ilin bu vaxtı Milli Məclis seçkilərinə ReAl partiyasından irəli sürülən namizədliyim üçün sənədləri təqdim etmişdim.. Bu barədə Facebook xatırlatma etdi. Bu namizədlik ərəfəsində bir çox şeylərlə şahid oldum. Ən pisi o oldu ki, anladım ki, bu seçkilərə faktiki siyasi durumda və azsaylı resurlarla qatılmaq sadəcə boş vaxt itkisi idi. İnsanlarımızı çox yaxından tanıya bildim, əsasən də mənim dairəm kənd əraziləri olduğu üçün müxalifətin tez-tez səsləndirdiyi susqun çoxluq sosial mediadan uzaq şəxslər idi. Müxalifətin bir çox sahədə olduğu kimi bu məsələdə də özünü aldatdığının şahidi oldum belə ki, müxalifətdə həmən susqun çoxluğu hərəkətə keçirəcək nə maddi, siyasi güc var, nədə mövcud siyasi durum təbii şəkildə bu zərurəti yaradacaq haldadır. İnsanların təhsil səviyyəsi aşağı, maddi durumları o dərəcədə aşağıdır ki, ehtiyac pilləsinin ən alt qatları belə təmin edilməyib. Məsələn, təsəvvür edin ki, elə kəndlər vardı ki, orada ev telefonu belə yox, mobil şəbəkə yox səviyyəsində, qaz yox, su yox elektrik isə fasilələrlə və tez-tez qopan xarab naqillərlə verilir, yollar isə hədsiz dərəcədə bərbad gündə. Elə isə bu çoxluğun siyasiləşməsi, gündəmi izləməsi, demokratik prosesin əsas fundamentlərindən olan informasiyaya çatımlığı necə mümkün olsun ki, və bu mümkün deyilkən seçki kimi mürəkkəb siyasi prosesdə necə obyektiv, düşünülmüş addımlar atsın ? Nəzərə alın ki, 23 gündə siz heç cürə maarifləndirə bilməzsiniz də. Demək, strategiya tamam başqa cür qurulmalı idi illər öncəsindən. Məktəbləri isə Qarabağda erməni vandalları tərəfindən dağıdılmış infrastrukturları xatırladır.

İnsanların maddi durumları o qədər aşağıdır ki, gələcəyimiz olan uşaqları oxutmaq qalsın bir kənara, normal qida ilə belə təmin edə bilmirlər, bu isə Maslov piramidasının ən alt qatı deməkdir. Belə bir durumda demokratiya seçki və s kimi xalq üçün ilkin formasında mücərrəd anlayışlarla necə irəliləmək olar ? Təbii bütün bu problemlərin səbəbi budur, amma müxalifət anlamalı ki, onun sosial bazası oxumuş yox, maddi ehtiyaclar üzündən oxumaqdan məhrum edilmiş elektoratdır. Həmçinin dairələrin bölünməsi də qəsdən elə formada edilmişdir ki, bir kənd(məs:Qumuq) Şəkinin bir başında o biri kənd(məs:Şəkikənd) isə Mingəçevirin yaxınlığında idi. Bu isə kommunikasiyanın 23 gün ərzində qurulmasını mümkünsüz edir. Və bu özü də o deməkdir ki, faktiki bu durumda seçkiyə getmək də bir səhv idi. Maddi resurslar olmadan (seçki ərəfəsi bu partiya fondu tərəfindən, yaxud könüllü formada şəxsin özü tərəfindən edilə bilər) seçkiyə getmək sadəcə axmaqlıqdır. Müşahidəçiləri isə xalq içindən tapmaq problemdir. Birincisi insanlar qorxur və inanmır, ikincisi də pul tələb edirlər. Könüllü effektiv formada bunu etmək üçün isə partiyanın üzv sayısı yüksək olmalıdır. Rayon və kənd yerlərində əlavə olaraq da polisdən, icra orqanlarından tutmuş, bələdiyyəyə qədər insanlara təzyiq etmə, hədə gəlmə həmçinin hər nisbi aktiv və böyük kənddən səs bölücü saxta namizədlərin də önə sürülməsi də əlavə problem idi.Bu məsələyə də diqqət yetirilməli idi. Ən pis məsələ isə budur ki, bu seçkilərdə də gənc müxalif kəsim qatıldı insanları inandırmağa çalışdı, lakin ədalətli seçki baş tutmadı. Bu isə o demək ki, gələn dəfələrdə artıq insanları inandırıb da səfərbər edəcək heç bir arqument qalmayıb. Hər uğursuz seçki insanlarda itirilən inamdır, bu baxımdan seçkilərə getmədən, amma onu cəbhə etdiyindən fərqli olaraq aktiv şəkildə boykot etmək ən doğru yol ola bilərdi .

Həmçinin partiyalar arası dairələr üzrə razılıq əldə edilməli ki, çünki ümumi olaraq müxalifətin sosial tərkibi çox zəif, elektorat isə aşırı dərəcə ümidsiz, apolitik, təhsil səviyyəsi aşağı və s bu baxımdan birgə görülməyəcək hər seçki fiasko olacaq. İndi isə deyə biləcəyim bir söz var: kaş zamanımı geri qaytara biləydim və seçkiyə getməkdən imtina edərək zamanımı boşuna xərcləməzdim.