Axtar

Mete Türksoy

Sapere Aude

Ay

Yanvar 2016

İslamda var olduğu iddia edilən, amma sərt şəkildə pozulan gender bərabərliyi. İslam patriarxat quruluşun davamı kimi.

İslamda  var olduğu iddia edilən, amma sərt şəkildə pozulan gender bərabərliyi.

İslam patriarxat quruluşun davamı kimi.

 

Pis bir şey edə biləcəklərindən qorxduğunuz qadınlara əvvəlcə nəshiət verin sonra onları yataqlarında tək buraxın, bunun da faydası olmasa onları döyün (Nisa surəsi, 34-cü ayə)

 

Qadınlar sizin tarlanızdır, tarlanıza ürəyiniz istədiyi kimi daxil olun. (Bəqərə surəsi, 223-cü ayə)

 

Kişilərdən iki nəfər şahidiniz olsun. Əgər iki kişi olmasa, onda razılıq verəcəyiniz bir kişi ilə (biri səhv etsə o birisi onun yadına salsın deyə) iki qadın şahidiniz olsun. (Bəqərə 282)

 

Allah sizə uşaqlarınızla əlaqədər olaraq kişilərə qadınlardan iki dəfə çox miraz verməyinizi əmr edir. (Nisa 11-ci ayə)

 

Bir çox dindarlar islamın dünyəvi, hüquq, haqq din olduğunu söyləyirlər, hətta qadınlara azadlıq, bərabər hüquqluluq verildiyini iddia edirlər. Qadın kişi bərabərliyi var olan dində yuxarıdakı ayələrin, sürələrin varlığı necə ola bilir eyni anda?

Bir çox surələr, ayələr  və hədislər qadınların hüquqsuzluğunu sərt şillə kimi cəmiyyətin üzünə vurur, amma din hipnozuna məruz qalmış insanlarımız hələ də dərin ekstaz vəziyyətində yaşamağa davam edirlər. Daha bir qadın hüquqsuzluğu və alçaldılması özünü çadra və hicabda biruzə verir. Belə ki, kişilər azad, sərbəst həyatlarına davam edərkən, qadınlar hətta ən yüksək istilər də (hələ bu tropik ölkədirsə, daha sərt isti olur) çadraya, hicaba bürünürlər.Qadının hər hansı bir bədən hissəsindən şəhvətlənən kişinin günahını,  qadın ağır istilərə, narahatçılığa  baxmayaraq cəza olaraq çadraya, hicaba bürünərək ödəyir.  Bu nə dərəcədə məntiqli bir hərəkətdir. Təsəvvür edin, siz bilmədən qapını açıq qoyursunuz  və kimsə sizin evinizə girərək oğurluq edir. Polis gəlir və sizə belə deyir : “günahkar sizsiniz, sizi həbs etməliyik, çünki siz qapını açıq qoymusunuz və filankəs də bu üzdən oğurluq edib, yaxud etməyə məcbur olub”. Siz həmən polisə hansı reaksiyanı verərdiniz?  Hər halda siz onun bir dəli olduğunu, yaxud sadəcə yuxuda olduğunuzu və gördüklərinizin də bu səbəbdən  şüur-xarici olduğunu düşünərdiniz. Amma biz bu hadisəni başqa formada əsrlərdir yaşamaqdayıq və heç bir etiraz etməkdə,heç bir  şüur-xarici  durum sezməməkdəyik.  “Cənnət anaların ayaqları altındadır” – deyildiyi iddia edilir Məhəmməd tərəfindən. Belə olduğu halda , cənnətdən üstün,  ali varlıq olan qadını niyə şəhvətləndirici, heyvani-instinkləri (din də bu instiklərə şeytani ehtiras hissləri də deyilir) oyadıcı bir varlıq qəbul etdiklərindən hicaba, çadraya bürüyürlər? Cənnətdən üstün və yaxud cənnətin dəyərlərinə, aliliyinə, paklığına bərabər olan qadın şeytani-instinkləri  necə olur oyadır, oyadırsa o, necə cənnətdən üstün olur? Dində bu cür paradokslar çoxdur. Paradoksların bir nəsnədə olan çoxluğu isə həmən nəsnənin doğruluq payını da eyni ölçüdə şübhə altına alır. Ziddiyətlər yalanın kölgəsidir.

Bir kişinin 4 və maddi şəraiti mümkün qılırsa daha çox qadınla evlənmək (arvad almaq da demək olar ki, hansı ki , arvad sözü övrət sözündən gəlir, övrət sözü isə bir çox cinsi əzaların ümumi adıdır ki, bu adın qadına verilməsindən nə dərəcə də islam cəmiyyətində qadına hörmət qoyulduğu anlaşılır) hüququ vardır. Niyə kişilər 4 qadınla evlənə bilər ? Bunu  qadınların yaşayışlarında olan  maddi ehtiyyaclarını  ödəməklə əlaqələndirənlər var. Gəlin bunu analiz edək.

Qadının niyə ehtiyyacı olmalıdır kişidən asılılığa, onun(kişinin) 4 qadınından biri olmağına? Bu özü artıq islam cəmiyyətin də qadın hüquqsuzluğunun, hüquqlarının, sosial həyatının diskriminasiyasını göstərir. Əgər ki, qadın kişi bərabərdirsə sosial həyat şərtləri də bərabər nisbətdə bölünməlidir.  Bundan başqa qadınları maddi həyatlarını təmin etmək üçün evlənmək iddiası ikinci böyük yanlışlığı, əxlaqsızlığı  ondan ibarətdir ki,  qadına maddi varlıq kimi baxmaqdır nəticə. Qadın duyğusuz, eqosuz, şəxsi  arzu, istəkləri olmayan, robotlaşdırılmış, kuklalaşdırılmış ruhsuz maddi varlıqdır yuxarıdakı tezisə görə.  İslam cəmiyyətinə görə qadının sosial həyat bölgüsü (buna sosial həyat demək olarsa) yalnız ev işləri ilə məşğul olmaq, uşaqlarına baxmaq və ərinin cinsi( əksər müsəlman ailələrində qadının heç  cinsi istək, ehtiyyacları da nəzərə alınmır. Kişi isə öz ehtiyyaclarını fahişələrlə, məşuqələrlə ödəyir)  və digər ehtiyyaclarını ödəməkdir.

İkinci  və sonrakı qadınlarla evlənmək də bəzi din alimləri deyir ki, birinci qadın razılıq verməlidir, nikah bağlanarkən olan razılığa görə. Amma bəzi  din alimləri də birinci qadının raızlıq verməsinin önəminin olmadığını, kişi ixtiyar (maddi durum yaxşısa) sahibirsə iki, üç, dörd qadınla evlənə biləcəyini deyir..

Birincisi, heç bir normal psxioloji  durumda olan qadın ərinə iki və digər sayda qadınlarla evlənməyə razılıq verməz. Çünki bu insan təbiətinə, eqo mahiyyətinə tərs mütənasibdir.

İkincisi qadın razılığı önəmsizsə,  belə olduğu halda bu hansı qadın kişi bərabərliyindən, ədalətindən  xəbər verir? Qadının fikrinin, duyğularının önəmsənməməsi onun alçaldılmasıdır ki, buda patriarxat bir quruluşun qalıqlarıdır, varlığıdır. İstər patriarxat, istərsə də matriarxat quruluşları gender bərabərliyinə, ədalət prinsipinə zidd quruluşlardır.z8

Sistem köləliyi, 21-ci əsrin “Quldarizmi-Kapitalizm”.

Sistem köləliyi, 21-ci əsrin “Quldarizmi-Kapitalizm“.

Zamanın tələbinə uymaq kölə olmaq xislətindən irəli gəlir. Azad insanlar zamanın tələbinə uymurlar, onlar zamanın tələblərini özləri yaradırlar. Kölə olmaq brendlərdən asılı olmaq, özünü korporasiyaların ən aktiv müştərisi etməkdir. Onlar sizlərə gülümsəyəcəklər, hətta sizi daha da şirnikləşdirmək üçün “İlin müştərisi”, “Ayın ən aktiv istifadəçisi” və s bu kimi etiketlərdən istifadə edəcəklər. Sizin hər “müştəri pilləsində” yüksəlməniz onların şəbəkələşmiş dünya sistemində öz yerlərini daha da möhkəmləndirməsidir. Ölkələri korporasiyalar idarə edir, sizlər beynəlxalq şirkətlərin köləsinə çevrilərək, bütün var dövlətinizi onlara yatıraraq sonradan öz dövlətiniz bu “şirkətikrotiya”dan asılı hala düşərkən, beynəlxalq siyasi-iqtisadi sistemin onların əliylə tənzmilənərkən sadəcə boş-boşuna deyinər, 3-5 dost tanış içərisində etiraz edərsiniz, halbuki, sizlər özünüz hər şeyi öz addımlarınızla müəyyən edirsiniz. Sistem bir çarxdır o çarxı fırladan maddə isə bizik. Bizlərin çiyinləri üzərində qurulan sistem yalnız biz çiyinlərimizi onun altından çəkərkən darmadağın ola bilər. Kapitalizm-sistem bizlərə ehtiyacımızdan daha çox aldırmaq peşəkarlığı ilə ixtisaslaşmış hiyləgər-iblis fərdlərin bərqərar etdiyi bir sosial quruluşdur. Kapitalizm quruluşunun yaratdığı cəmiyyət insan arzularını sonsuz bir quyuya oxşar hala salır. O quyuya nə qədər daş atsan da su ilə doldursan da o dolmayacaq və etdiyiniz çabalar “sisif əziyyətini” xatırladacaq. Dəbləşmiş həyat tərzi bizi insanlığın əxlaq kodekslərindən qoparır və fərdiyyələşmiş, robotlaşmış bir fiqur yaradır. Kapitalizm varlıların daha da varlanması, hiyləgərlərin kasıb durumdan oliqarx duruma çevrilməsidir. Azad bazar iqtisadiyyatlı sistem, ümumən “bazar” sözünün fəlsəfi mahiyyəti satmaq-almaqdır. Nəyin varsa satırsan və satdıqca nələrsə də qazandığını düşünürsən ama bir də görərsən ki aldıqların da sadəcə lazımsız nəsnələrdir, satdıqların isə dəyəri milyonlarla ölçülmüyəcək şeylərdir. Ömrünü satmaq, azadlığını satmaq, əxlaqını satmaq, şəxsiyyətini satmaq və s. Satdıqca daha çoxunu tələb edəcək və sistem səni “ən çox satan” “fəxrləşdirilmiş etiket” ilə şirnikləşdirəcək. Sən qulsan, atdığın hər addımla, geydiyin hər paltarla aldığın hər maşınla. Sənin öz seçimlərin yoxdur, sən sadəcə sistemin seçdiklərini “seçmək”də özgürsən.

Milli ad problemimiz.

“Ad insan həyatında yetərli qədər mühüm rol oynayır”.

Primitiv düşünən “insancıqları” bir kənara qoysaq, deyə bilərik ki, ad insanların həyatında önəmli rol oynadığı anlaşılır, onlar üçün şəxsiyyət prizmasında çox önəmli dərəcədə qiymətləndirilir, dəyərləndirilir. Adın insan həyatında bu qədər ciddi rol oynamasını xalq öz folklor düşüncəsində müxtəlif mistik inanclarla səciyyələndirmişdir. Onlar düşünürdü ki, ad öz anlamını insan həyatında ehtiva edir, yəni bir ad anlam etibarı ilə bir şəxsin taleyinə xoşbəxtlik, yaxud bədbəxtlik gətirə bilər. Bütün bu primitiv xalq düşüncəsi əslində real elmi əsaslara söykənir. Psixoloqlar adların insan həyatına fundamental təsiri faktorunu araşdıraraq belə qənaətə gəlmişlər ki, həqiqətən psixoloji, şüuraltı yansıma real həyat müstəvisində öz əksini tapır. Hətta adlar insanların xarakter bünövrəsini, nüvəsini təşkil edən fundamental nəsnədir.

“Adın önəmlilikəri içərisində ən önəmlisi nədir”?

Ümumi ad anlamlarının önəmlilik prinsipindən qısaca danışdıq, bəs adların önəmliliyi içində ən önəmli xüsusiyyəti nədir?

Hər millətin öz adlar sistemi, lüğəti var. Çox rahatlıqla bir müəyyən ada əsasən bir şəxsin milli kimliyini müəyyən edə bilərik. Məsələn, Corc deyərkən inglisi, Sergey deyərkən rusu (slavyanları) Aşot deyərkən ermənini ayırd edə bilirik. Bəs biz kimik, bizim adlar lüğəti nəyi ethtiva edir? Şübhəsizdir ki, biz türkük, dilimiz türk dilidir, bayrağımızın göy rəngi türklüyü bildirir və s. Böyük türk millətinin bir parçası olmağımıza dair yetərincə faktlar, əsaslar var. Yaxşı, o zaman bizim adlar nəyi ehtiva edir, bizim milli kimliyimizi əks elətdirirmi? Bu suala bir mənalı və qəti olaraq yox cavabını verə bilərik. Bizim rəsmiləşdirilmiş milli adlar lüğətinin bəlkə də 85%-90%-i qeyri-türk mənşəli adlardır. Məsələn, 2015-ci ildə ən çox qoyulan adlar bunlar seçilmişdir: Əli, Hüseyn, Məhəmməd, Fatimə, Zəhra və bir çox bu tipli ərəb mənşəli adlar. Çox gözəl ola bilsin bu adlar gözəl səslənə bilər yaxud bəziləri üçün anlam etibarı ilə normal anlam verə bilər halbuki, bu adlar bir ərəb insanın təfəkkürünü, dilini əks etdirən adlardır. Hər millətin öz adı varkən biz nə üçün ərəb adlarından istifadə etməli hələ bir çoxunun da mənasını bilmədən xoş səslənişə, yaxud dini bağlılığa görə bu adı qoymalıyıq? Bu adı qoyarkən Allah sizə cənnətə getmək imtəhanında güzəştmi edəcək ya günahlarınızını bağışlayacaq , yoxsa Allah üçün bir ərəb milləti, onun təfəkkürü, dili və o dildən törəyən adlarmı normaldır, müqəddəsdir, xüsusidir?

Mən deyərdim bu millətin cəhalətindən, yaltaqlığından  və qorxaqlığından doğan “rüşvət vermək” instinkidir . (artıq daşlaşmış xüsusiyyət olduğu üçün mən bunu instink adlandırıram) Onlar- fövqəl, ali ola bilməyən o məxluqatlar min illərdir padşahlar, hökmdarlar qarşısında diz çökdü, onların şanına qorxaqlıqdan doğan, yaltaqlıqdan doğan dastanlar qoşdu, adlarını övladlarına qoydu, şeirlərində mədh etdi. Padşahın daha çox xoşuna gəlmək üçün min bir dona girdi, min bir yola əl atdı.  Bugündə prinsip olaraq bu anoloji hal özünü “Allaha” xoş göstərmək çabalarıyla baş verməkdədir. Bu insan zəkasına iradəsinə təhqirdir, insanlığın alçaldılması, gələcək nəsillərin də bu cəhalət fenomeninə yoluxdurulmasıdır.

Uşağa türk adının qoyulması və o adla böyüməsi  onun gələcəkdə öz adıyla maraqlanmasına və dolayı yolla milli-özünüdərk prosesinə təkan verilməsinə gətirib çıxarır. Millət o zaman güclü olur ki, o öz milli kimliyini dərk edib, millətini-özünü tanıyanda.  Özünü dərk edən insan kamil insanlıq yolunda addımlamağa başlayan insandır, eynən özünü dərk edən millət də kamilləşmək yolunda addımlamağa başlayan millətdir. Bilgə Xaqanın gözəl bir sözü yada düşür burada: “Ey türk özünə dön, sən özünə dönəndə güclü olursan”.

“Kimsəciklər” üçün adi gələ bilər bu cümlə, ancaq bu ömrünü Türk Xaqanlığını idarəetməklə keçirən təcrübəli bir müdrik insanın sözüdür.  Bundan başqa mövzumuzun başında deyildiyi kimi uşağa türk adının qoyulması həmdə qeyri-iradi, qeyri-ixtiyari olaraq  onun şüuraltısında türkləşməni,(bir kəs türk doğula bilər, ancaq milli-özünüdərk olmadan, türklüyünü bilmədən o türk sayılmır, ona görə də türkləşmə prosesi əsasdır) ” türk kimi yaşamağı” daha da mümkün hala gətirir. Milli ad millətin kültürünün göstəricisidir, biz kültürsüz, mədəniyyətsiz barbar toplum deyilik ki, bizim folkloe mədəniyyətimiz kasıb olsun, başqa millətlərin adlarından istifadə edək, mədəniyyətlərini yamsılayaq. Biz türkük və bizim neçə min illik türk mədəniyyətimiz, kültürümüz, tariximiz var. 

 

 

 

Dövlət anlayışı

indian constitutionDövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi

“Dövlət bir vasitədir, məqsəd deyil”Adolf Hitler

Bu cümlədə yatan dərin bir məna var. Bu sözü yalnız elə bir milliyətçi şəxs deyə bilərdi. Dövlət heç zaman millətin çiyinlərində yük olmamalıdr, əksinə dövlət millətin çiyinlərindəki yaşam yükünü yüngülləşdirməyə xidmət etməlidir. Kasıb, yoxsul təbəqənin maddi rifahı üçün var olan sərvətlərdən, tenxoloji vasitələrdən maksimum dərəcədə istifadə etməlidir.

Normativist alim Kelzen dövlət tərifini belə vermişdir: “Dövlət hüququn və insan hüquqlarının əsas qoruyucusu və təcəssümüdür. Güc hüquqdan başqası deyil”.

Dövlətin fəlsəfi-siyasi mahiyyəti yalnız toplum maraqlarına xidmət etməkdən ibarət olmalıdır, çünki o mahiyyət etibarı ilə sadəcə toplum təşkilatlanmasından, başqa bir şey deyil. Onun vəzifəsi insanlar arasındakı sosial ziddiyyətləri tənzimləmək, sistemləşdirilmiş və balanslaşdırılmış formada sosial idarəetməni təşkil etmək və millətin (dövləti fiziki olaraq təşkil edən kütlənin) müsbət yöndə formlaşmasına, inkişafına, arzu və istəklərinə uyğun sosial-siyasi proqramlar hazırlamaqdır. Yanlış alqılamalardan dolayı bir çox insanlar ( idarəedicilərin saxtakar siyasi nitqlərinə uyaraq) dövləti mütləq müqəddəs varlıq kimi səciyyələndirərək, onun təniqidi yanaşmaya məruz qalmasına qarşı çıxırlar. Halbu ki, onların anlamadıqları əsas şeylər budur:

  • Tənqid inkişafın bünövrəsidir, sağlam tənqid gələcəkdəki təriflərin anasıdır.
  • Dövlət ilahi mənşəli deyil, (bir zamanlar dövlət anlayışına teoloji konsepsiyadan yanaşılırdı) dövlət sadəcə insan toplumlarının şüurlu münasibətindən doğan sistemli bir təşkilatdır.

Dövləti mütləq müqəddəsləşdirmək ona qarşı çox radikal, şüursuz  fanatik yanaşmaya gətirib çıxarır, onun təkmilləşməsinə, proqress etməsinə maneə törədir. Dövləti insanlar yaratdı və buna görə də insan öz yaratdığını  tənqid etməyə, üstündə dəyişikliklər aparmağa hüquqludur. Milliyyətçi mövqeydən baxsaq  dövlət var olan bir millətin mühafizə edilməsini, onun milli varlığını sürdürməsini təmin edən orqandır. Millət dövlət adlı təşkilatlanmanın vasitəsi ilə  öz milli maraqlarını  həyata keçirir. Dövlət və milli maraqlar qarşılıqlı münasibətlərdə var olur, dövləti milli maraqlar, milli maraqların həyata keçməsini dövlət realizə edir. Buradan belə nəticə çıxır: milli maraqlar əsasında, ona uyğun idarə edilməyən dövlət strukturu öz siyasi-fəlsəfi mahiyyətin itirmiş, dövlət konsepsiyası müstəvisində çökmüş sayılır və onun mütləq yenidən restarvasiyalaşdırılması vacib fəlsəfi problem kimi qarşımızda durur. Bu səbəbdəndir ki, dövlətin tənqid olunmasında fəal iştirak etmək əslində daxili milli maraqdan doğan daxili dövlətçilik xüsusiyyətlərinin göstəricisidir.

Tomas Hobbs dövlət məsələsinə bu formada yanaşırdı: “insanlar arasındakı münasibətləri müəyyən edən yeganə amil həyatda qalmaq istəyidir. Bu şəraitdə insanların bir-birlərini öldürmələrinə səbəb bir çox vaxt müəyyən bir şeyi eyni anda bir neçə insanın əldə etmə istəyi olur. Əldə edilməyə çalışılan şey elə bir şeydir ki, nə şərikli istifadə oluna bilər, nə də bölüşülə bilər. Və o şeyə ən güclü sahib olacaq, ən güclünün kim olduğuna isə qılınc qərar verəcək. Bu müəyyənsizlik, ölüm qorxusunun hökm sürdüyü, hər an təhlükənin gözlənildiyi şərait insanları bu təbii şəraitdən çıxıb sivil bir cəmiyyət, yəni dövlət qurmağa sövq edir. Daha sonra isə insanlar birgə hüquqlar işləyirlər və o hüquqlara itaət etməyə başlayırlar. Artıq insanlar istədiyini əldə etmək üçün istənilən hər yola əl atmaq haqqından vaz keçmiş və ümumi hüquqlar, müəyyənləşmiş bir düzən altında yaşamağa başlamışlar. Bu yeni şərait, yəni dövlətli cəmiyyət “İctimai müqavilə”  əsasında formalaşmışdır”.

Tomas Hobsun yanaşmasından da biz açıq-aydın görə bilərik ki, toplumun təbii ehtiyyacları fonunda yaranan bir qurumdur dövlət. Həmin ehtiyyacları ödəyə bilməyən, yaxud ödəmək istəməyən dövlət artıq sıradan çıxmış və fundamental funksiyasını yerinə yetirə bilməyən iqtidarsız formaya gəlir, bu səbəbdən də dövlətin milli maraqlar (yaxud buna insani maraqlar, vətandaş maraqları da demək olar ) müstəvisində yenidən analizi və restavrasiyası əsas predmet kimi tədqiq edilir.

Dövlətin rasioanl-hüquqi formaya uyğun halda öz mahiyyət funksiyasını yerinə yetirməsi üçün əsas məsələlərdən biri onun fundamental demokratik prinsiplərin əsasında bərqərar olmasıdır. Dövlət müəyyən bir şəxs, şəxslər, qruplar tərəfindən idarə edilən qurumdur və onun daim yenilikçi, rasional meyarlara, hüquqi,insani əsaslara uyğun olması üçün daim yenilənməsi, lazımdır. Bu yenilənmə isə yalnız millətin əli ilə olmalıdır, çünki ehtiyyaclar bir qrupun deyil bütün millətin olduğundan yalnız düzgün yenlənməyə kütlə özü qərar verə bilər. Kütlənin arzularının siyasi müstəvidə özünü əks etdirməsi isə müxtəlif yollarla mümkündür. Toplumun bu hüququnun təmin edilməsi üçün əsas vasitələr demokratik prinsiplər sayılan azad toplaşma, söz və mətbuat azadlığı, seçki sistemi və onun sağlam leqal formada fəaliyyəti, qanunların legitimlik əsasında hazırlanması və qəbul edilməsi, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsidir.

Demokratiya fərdə, və fərddən də ibarət olduğu üçün ümumi cəmiyyətə azadlıqlar bəxş edən siyasi idarəetmə üsuludur. O fərdiyyətçi prizmadan yanaşdığı üçün  insanların “mənlik şüurun”dakı “mən olmaq” problemini, kompleksini,natamamlığını aradan qaldırır. Belə ki, subyektin fərdi olaraq dəyərləndirilməsi onun psixoloji olaraq eoqsunun “önəmlilik” qidası ilə qidalanmasını təşkil edir. Demokratiyanın fundamental meyarını mən “ədalətlilik prinsipi” olduğunu deyərdim, çünki insanlara siyasi və şəxsi azadlıqların verilməsi, vətəndaşlıq prinsiplərinin bərabər hüquqlu formada təmin edilməsi, yalnız ədalətliliyə əsaslana bilər.

“Sistemin möhkəm(sağlam) olması üçün onu tez-tez silkələmək(yeniləmək) lazımdır”. (Çelomey)

Məşhur konservatistlər dövlət və millət (vətəndaş) münasibətlərinin tədqiqində ki, əsas nəticə etibarını bu cümləylə ifadə edirlər: “dövlətin zənginləşməsi millətin zənginləşməsi deyil, millətin zənginləşməsi dövlətin zənginləşməsidir”.Yenə də açıq-aydın göründüyü kimi əsl məqsəd toplumun yaşayış ehtiyyaclarını təmin etməkdən ibarətdir. Məsələn sosial-iqtisadi məsələlər olaraq aşağıdakıları göstərmək olar:

Dövlət xəstəxanaları pulsuz fəaliyyət göstərməlidir, həmçinin də həkimlərin də normal yaşam standartlarına uyğun maaş alması təmin edilməlidir. Ölkə də faizsiz bank sistemi yaradılmalıdır ki, ehtiyyacı olanlar normal borc alaraq o bankdan öz ehtiyyaclarını qarşılasınlar. Ölkədə olan sərvətlər millətin istifadəsinə tamamən pulsuz sadəcə balanslaşdırılmış formada nəzarət əsasında buraxılmalıdır. Hər sahədə normal yaşam standartlarına uyğunlaşdırılmalıdır maaşlar ki, ziyali təbəqə, yaxud müxtəlif peşə sahibləri yetişsin, pul qazanmaq naminə hər kəs polis, hüquqşünas, biznesmen olmaq kimi eşqə düşərək, toplumun iş həyatında balanslaşmanı pozmasınlar.

Bu dediklərimi uzatmaq olar, amma qısa kəsərək onu bildirmək istəyirəm ki, yekunda, dövlət millətin rifahı üçün çalışarsa milli sevgi, dövlətçilik xarakteristikası formalaşar. Qarnı ac olan yoxsul, səfil insan üçün nə sərhədlər var , nə vətən var, nə millət var, nə bayraq var, nə səngər qarşısındakı düşmən var. Onun, o yoxsulun ilk düşməni elə var olan hakimiyyətdir, sistemdir. Odur ki, millətə , dövlətə nifrət dolu nəsil yetişdirib, yetişdirməmək idarə edicilərin işidir. Əgər ki, bir idarə edici qurum cəmiyyətdə milli şüurun məhvinə, dövlətə nifrət yaratmağa səbəb olursa demək o hakimiyyət içimizdə var olan ən birinci düşməndir. Ona görə də həmin hakimiyyəti rədd edərək dövlətin yenidən sosial, milli maraqlar fonunda qurulmasına nail olmaq vacib haldır.

Bütün beynəlxaqlaq siyasi-fəlsəfi normativlər  insan hüquq və azadlıqlarının dövlət hüquq və azadlıqlarından  yuxarıda dayandığını bəyan edir. Dövlət idarəetməsini həyata keçirən siyasi hakimiyyətin vətandaşları, milləti “dövlət maşının təkərləri kimi görməsi” bütün siyasi normativlərə, dövlət konsepsiyalarına, liberal-demokratik hüquqi normalara, insan hüquqları normativlərinə ziddir.

Dövlətin sosial-siyasi maraqlarını məhz elə vətəndaşın sosial-siyasi maraqları təşkil etməlidir. Dövlət qayğılı, sayğılı, sevgi dolu bir valideyn kimi olmalıdır vətəndaşlarına qarşı. Unudulmamalıdır ki, dövlət sadəcə vətəndaşların ümumi, birgə yaşayış təşkilatlanmasından ibarət olan bir obyektdir. Dövlət öz-özlüyündə hansısa bir mahiyyətə malik deyil, onun mahiyyət anlamlarını müəyyənləşdirən əsas faktor vətəndaşlardır, millətdir.

 

 

 

 

Kredit Sistemi

Kredit Sisteminin fəlsəfi konteksdə analizi

“Kredit sistemi” bu gün dünyanın bütün ölkələrini hörümçək toru kimi saran qəddar qaniçən sistemdir. Kredit sisteminin mənəvi və maddi tənəzüllərə, deqradasiyaya yol açması şübhəsizdir. Kredit sisteminin əsas paradoksal funksiyaları bunlardır: kasıb və varlılar arasında yalançı, saxta bərabərçiliyi yaratmaqla əslində cəmiyyətin sosial sferasında baş verən pozulmaları daha da dərinləşdirir. Bir şəxsin kredit sisteminin yaratdığı imkanlar vasitəsilə öz ehtiyaclarını ödəməsi, maşın, telefon ev və s nəsnələrə sahiblənməsi nəticəsində varlı mühit ilə uzlaşmaya çalışması əslində sosial mühitin ideallığa doğru inkişaf mahiyyətində təzadlar yaradır.

“Yalançı xoşbəxtliyin mükafatı bədbəxtlikdir”.

İnsanların həqiqi sosial reformasiyalara getməməsi, bu reformatik funksiyanın işə düşməsi üçün təyziq göstərməməsi saxta uzlaşma ilə birbaşa əlaqələdir. Çünki bir insan ən vacib, mütləq ehtiyyaclarını ödəməsə, məsələn ən yaxın insanını pulsuzluq ucbatından itirsə onun daxilində etirazın vulkanik püskürməsi baş verəcək və bu püskürmə sistemi öz qaynar lavaları ilə əridərək kül edəcək. Ancaq insanların yalançı özünü təmin etmə xarakteristikaları onları həqiqi xoşbəxt, ideal sistemdən məhrum edir. Problemin həll edilməsi üçün onu bəzəklərə bürümək lazım deyil. Etiraz dalğası sosial-maddi çöküşün təzahürüdür. İnsan nə qədər itirərsə, bir o qədər qazanmaq spesifikliyini qazanar. Əslində sosial cəhətdən tamamən iflas edən, səfil kimi yaşayan xalq öz vəziyyətinə baxıb mənəvi böhran içinə düşməli olan xalq aldığı hər kredit ilə öz güzgüsünün üzərini örtmüş olur. Bu gün əllərdə olan bahalı telefonlar, geyinilən brend geyimlər, pullu təhsil, maşınlar və s həqiqi real formada deyil çünki real situasiyaya nəzərən xalqın böyük kütləsi buna malik olacaq iqtidarda deyil.

Biz 10- 15 il öncəyə baxaraq hər şeyin daha yaxşı olduğunu düşünürük, amma əslində heçnə yaxşıya doğru inkişaf, təkmil keçməyib, hətta min qat daha çox tənəzzül, qəddar, qaniçən, əxlaqsız forma alıb. Özəl mülk və şəxsi azadlıq ideyasının həddindən artıq anormal inkişafı toplumun azadlığı qarşısında dilemma yaradıb. Şəxsi azadlığın inkişaf nisbəti, toplumun azadlığın inkişaf və var olma nisbətiylə tamamən tərs mütanasibdir.  Şəxsi azadlıq yalanları, bəzəkli cümlələri əslində bizim vəhşi, əhilləşməmiş, eqomuzun  güzgüsüdür. Bizlər azad olmaq istədik  və şəxsi azadlıq adlı qanunlar toplusunu düşündük, ancaq anlamadıq ki, bizlər toplumun bir parçasıyıq, toplumun normal formada olması bizim kollektivçi düçüncəmizdən asılıdır. Eqoya doğru yönəlmələrlə, toplumun hüceyrələrindən qopuruq və biz parçası olduğumuz toplumun hüceyrə sistemini dağıdır, qeyri-sağlam formasiyaya salırıq. Və bizlər nə qədər şəxsi, fərdi olaraq azadlıq “level”larını aşsaq da toplumun bir parçası olduğumuzdan və o toplumun normal var oluş konstruksiyasını  dağıtdığımızdan heç zaman “xoşbəxt” “mənəvi azad” ola bilmərik.

İnsan sosial varlıqdır. Biz bir bütünün parçalarıyıq, nə qədər özləşsək, parçacıqlara ayrılıb öz yaşamımızı azad sürdürsək, bir o qədər də faydasız parçacıq olaraq qalırıq.money-cash-usdollars-ss-1920-800x450

WordPress.com Bloqu.

Yuxarı ↑