indian constitutionDövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi

“Dövlət bir vasitədir, məqsəd deyil”Adolf Hitler

Bu cümlədə yatan dərin bir məna var. Bu sözü yalnız elə bir milliyətçi şəxs deyə bilərdi. Dövlət heç zaman millətin çiyinlərində yük olmamalıdr, əksinə dövlət millətin çiyinlərindəki yaşam yükünü yüngülləşdirməyə xidmət etməlidir. Kasıb, yoxsul təbəqənin maddi rifahı üçün var olan sərvətlərdən, tenxoloji vasitələrdən maksimum dərəcədə istifadə etməlidir.

Normativist alim Kelzen dövlət tərifini belə vermişdir: “Dövlət hüququn və insan hüquqlarının əsas qoruyucusu və təcəssümüdür. Güc hüquqdan başqası deyil”.

Dövlətin fəlsəfi-siyasi mahiyyəti yalnız toplum maraqlarına xidmət etməkdən ibarət olmalıdır, çünki o mahiyyət etibarı ilə sadəcə toplum təşkilatlanmasından, başqa bir şey deyil. Onun vəzifəsi insanlar arasındakı sosial ziddiyyətləri tənzimləmək, sistemləşdirilmiş və balanslaşdırılmış formada sosial idarəetməni təşkil etmək və millətin (dövləti fiziki olaraq təşkil edən kütlənin) müsbət yöndə formlaşmasına, inkişafına, arzu və istəklərinə uyğun sosial-siyasi proqramlar hazırlamaqdır. Yanlış alqılamalardan dolayı bir çox insanlar ( idarəedicilərin saxtakar siyasi nitqlərinə uyaraq) dövləti mütləq müqəddəs varlıq kimi səciyyələndirərək, onun təniqidi yanaşmaya məruz qalmasına qarşı çıxırlar. Halbu ki, onların anlamadıqları əsas şeylər budur:

  • Tənqid inkişafın bünövrəsidir, sağlam tənqid gələcəkdəki təriflərin anasıdır.
  • Dövlət ilahi mənşəli deyil, (bir zamanlar dövlət anlayışına teoloji konsepsiyadan yanaşılırdı) dövlət sadəcə insan toplumlarının şüurlu münasibətindən doğan sistemli bir təşkilatdır.

Dövləti mütləq müqəddəsləşdirmək ona qarşı çox radikal, şüursuz  fanatik yanaşmaya gətirib çıxarır, onun təkmilləşməsinə, proqress etməsinə maneə törədir. Dövləti insanlar yaratdı və buna görə də insan öz yaratdığını  tənqid etməyə, üstündə dəyişikliklər aparmağa hüquqludur. Milliyyətçi mövqeydən baxsaq  dövlət var olan bir millətin mühafizə edilməsini, onun milli varlığını sürdürməsini təmin edən orqandır. Millət dövlət adlı təşkilatlanmanın vasitəsi ilə  öz milli maraqlarını  həyata keçirir. Dövlət və milli maraqlar qarşılıqlı münasibətlərdə var olur, dövləti milli maraqlar, milli maraqların həyata keçməsini dövlət realizə edir. Buradan belə nəticə çıxır: milli maraqlar əsasında, ona uyğun idarə edilməyən dövlət strukturu öz siyasi-fəlsəfi mahiyyətin itirmiş, dövlət konsepsiyası müstəvisində çökmüş sayılır və onun mütləq yenidən restarvasiyalaşdırılması vacib fəlsəfi problem kimi qarşımızda durur. Bu səbəbdəndir ki, dövlətin tənqid olunmasında fəal iştirak etmək əslində daxili milli maraqdan doğan daxili dövlətçilik xüsusiyyətlərinin göstəricisidir.

Tomas Hobbs dövlət məsələsinə bu formada yanaşırdı: “insanlar arasındakı münasibətləri müəyyən edən yeganə amil həyatda qalmaq istəyidir. Bu şəraitdə insanların bir-birlərini öldürmələrinə səbəb bir çox vaxt müəyyən bir şeyi eyni anda bir neçə insanın əldə etmə istəyi olur. Əldə edilməyə çalışılan şey elə bir şeydir ki, nə şərikli istifadə oluna bilər, nə də bölüşülə bilər. Və o şeyə ən güclü sahib olacaq, ən güclünün kim olduğuna isə qılınc qərar verəcək. Bu müəyyənsizlik, ölüm qorxusunun hökm sürdüyü, hər an təhlükənin gözlənildiyi şərait insanları bu təbii şəraitdən çıxıb sivil bir cəmiyyət, yəni dövlət qurmağa sövq edir. Daha sonra isə insanlar birgə hüquqlar işləyirlər və o hüquqlara itaət etməyə başlayırlar. Artıq insanlar istədiyini əldə etmək üçün istənilən hər yola əl atmaq haqqından vaz keçmiş və ümumi hüquqlar, müəyyənləşmiş bir düzən altında yaşamağa başlamışlar. Bu yeni şərait, yəni dövlətli cəmiyyət “İctimai müqavilə”  əsasında formalaşmışdır”.

Tomas Hobsun yanaşmasından da biz açıq-aydın görə bilərik ki, toplumun təbii ehtiyyacları fonunda yaranan bir qurumdur dövlət. Həmin ehtiyyacları ödəyə bilməyən, yaxud ödəmək istəməyən dövlət artıq sıradan çıxmış və fundamental funksiyasını yerinə yetirə bilməyən iqtidarsız formaya gəlir, bu səbəbdən də dövlətin milli maraqlar (yaxud buna insani maraqlar, vətandaş maraqları da demək olar ) müstəvisində yenidən analizi və restavrasiyası əsas predmet kimi tədqiq edilir.

Dövlətin rasioanl-hüquqi formaya uyğun halda öz mahiyyət funksiyasını yerinə yetirməsi üçün əsas məsələlərdən biri onun fundamental demokratik prinsiplərin əsasında bərqərar olmasıdır. Dövlət müəyyən bir şəxs, şəxslər, qruplar tərəfindən idarə edilən qurumdur və onun daim yenilikçi, rasional meyarlara, hüquqi,insani əsaslara uyğun olması üçün daim yenilənməsi, lazımdır. Bu yenilənmə isə yalnız millətin əli ilə olmalıdır, çünki ehtiyyaclar bir qrupun deyil bütün millətin olduğundan yalnız düzgün yenlənməyə kütlə özü qərar verə bilər. Kütlənin arzularının siyasi müstəvidə özünü əks etdirməsi isə müxtəlif yollarla mümkündür. Toplumun bu hüququnun təmin edilməsi üçün əsas vasitələr demokratik prinsiplər sayılan azad toplaşma, söz və mətbuat azadlığı, seçki sistemi və onun sağlam leqal formada fəaliyyəti, qanunların legitimlik əsasında hazırlanması və qəbul edilməsi, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsidir.

Demokratiya fərdə, və fərddən də ibarət olduğu üçün ümumi cəmiyyətə azadlıqlar bəxş edən siyasi idarəetmə üsuludur. O fərdiyyətçi prizmadan yanaşdığı üçün  insanların “mənlik şüurun”dakı “mən olmaq” problemini, kompleksini,natamamlığını aradan qaldırır. Belə ki, subyektin fərdi olaraq dəyərləndirilməsi onun psixoloji olaraq eoqsunun “önəmlilik” qidası ilə qidalanmasını təşkil edir. Demokratiyanın fundamental meyarını mən “ədalətlilik prinsipi” olduğunu deyərdim, çünki insanlara siyasi və şəxsi azadlıqların verilməsi, vətəndaşlıq prinsiplərinin bərabər hüquqlu formada təmin edilməsi, yalnız ədalətliliyə əsaslana bilər.

“Sistemin möhkəm(sağlam) olması üçün onu tez-tez silkələmək(yeniləmək) lazımdır”. (Çelomey)

Məşhur konservatistlər dövlət və millət (vətəndaş) münasibətlərinin tədqiqində ki, əsas nəticə etibarını bu cümləylə ifadə edirlər: “dövlətin zənginləşməsi millətin zənginləşməsi deyil, millətin zənginləşməsi dövlətin zənginləşməsidir”.Yenə də açıq-aydın göründüyü kimi əsl məqsəd toplumun yaşayış ehtiyyaclarını təmin etməkdən ibarətdir. Məsələn sosial-iqtisadi məsələlər olaraq aşağıdakıları göstərmək olar:

Dövlət xəstəxanaları pulsuz fəaliyyət göstərməlidir, həmçinin də həkimlərin də normal yaşam standartlarına uyğun maaş alması təmin edilməlidir. Ölkə də faizsiz bank sistemi yaradılmalıdır ki, ehtiyyacı olanlar normal borc alaraq o bankdan öz ehtiyyaclarını qarşılasınlar. Ölkədə olan sərvətlər millətin istifadəsinə tamamən pulsuz sadəcə balanslaşdırılmış formada nəzarət əsasında buraxılmalıdır. Hər sahədə normal yaşam standartlarına uyğunlaşdırılmalıdır maaşlar ki, ziyali təbəqə, yaxud müxtəlif peşə sahibləri yetişsin, pul qazanmaq naminə hər kəs polis, hüquqşünas, biznesmen olmaq kimi eşqə düşərək, toplumun iş həyatında balanslaşmanı pozmasınlar.

Bu dediklərimi uzatmaq olar, amma qısa kəsərək onu bildirmək istəyirəm ki, yekunda, dövlət millətin rifahı üçün çalışarsa milli sevgi, dövlətçilik xarakteristikası formalaşar. Qarnı ac olan yoxsul, səfil insan üçün nə sərhədlər var , nə vətən var, nə millət var, nə bayraq var, nə səngər qarşısındakı düşmən var. Onun, o yoxsulun ilk düşməni elə var olan hakimiyyətdir, sistemdir. Odur ki, millətə , dövlətə nifrət dolu nəsil yetişdirib, yetişdirməmək idarə edicilərin işidir. Əgər ki, bir idarə edici qurum cəmiyyətdə milli şüurun məhvinə, dövlətə nifrət yaratmağa səbəb olursa demək o hakimiyyət içimizdə var olan ən birinci düşməndir. Ona görə də həmin hakimiyyəti rədd edərək dövlətin yenidən sosial, milli maraqlar fonunda qurulmasına nail olmaq vacib haldır.

Bütün beynəlxaqlaq siyasi-fəlsəfi normativlər  insan hüquq və azadlıqlarının dövlət hüquq və azadlıqlarından  yuxarıda dayandığını bəyan edir. Dövlət idarəetməsini həyata keçirən siyasi hakimiyyətin vətandaşları, milləti “dövlət maşının təkərləri kimi görməsi” bütün siyasi normativlərə, dövlət konsepsiyalarına, liberal-demokratik hüquqi normalara, insan hüquqları normativlərinə ziddir.

Dövlətin sosial-siyasi maraqlarını məhz elə vətəndaşın sosial-siyasi maraqları təşkil etməlidir. Dövlət qayğılı, sayğılı, sevgi dolu bir valideyn kimi olmalıdır vətəndaşlarına qarşı. Unudulmamalıdır ki, dövlət sadəcə vətəndaşların ümumi, birgə yaşayış təşkilatlanmasından ibarət olan bir obyektdir. Dövlət öz-özlüyündə hansısa bir mahiyyətə malik deyil, onun mahiyyət anlamlarını müəyyənləşdirən əsas faktor vətəndaşlardır, millətdir.